ABŞ klubu Dadaşovu sifariş etdi

  • 17 Yanvar 2020 13:54
  • 99

ABŞ-ın ikinci liqasında çıxış edən “Feniks Rizinq”lə müqavilə imzalayan Rüfət Dadaşovun lisenziyası alınıb. 

Corner.az xəbər verir ki, klubun yerli federasiyaya 2020-ci il üçün sifariş etdiyi 7 yeni futbolçusu arasında Dadaşovun da adı yer alıb.

Qeyd edək ki, Rüfət Dadaşov Almaniyanın “Proyssen” klubundan “Feniks Rizinq”ə transfer olunub.