Ronaldu İtaliya çempionatının bombardirlər siyahısında liderliyə yüksəlib

  • 30 Dekabr 2018 09:16
  • 137

Turinin "Yuventus" klubu İtaliya A Seriyasının 19-cu turunda "Sampdoriya" üzərində 2:1 hesabı ilə qələbə qazanıb.

Corner.az “Report”a istinadən xəbər verir ki, komandanın portuqaliyalı hücumçusu Kriştianu Ronaldu qarşılaşmada dubl edərək A Seriyasının ən yaxşı bombardirləri siyahısında birinci yerə yüksəlib.

Oyunun 2 və 65-ci dəqiqələrində fərqlənən beşqat "Qızıl top" sahibi cari mövsüm vurduğu qolların sayını 14-ə çatdırıb və aktivində 13 qol olan "Cenoa"nın polşalı hücumçusu Kşiştof Pyonteki geridə qoyub.

Ronaldu həmçinin İtaliya çempionatının elit divizionunda 14 qol vuran ilk portuqaliyalı futbolçu olub. Daha əvvəl rekord "Yuventus"un xavbeki Ruy Barruşa məxsus idi. O, 1988/89-cu illər mövsümündə 12 qolun müəllifi olub.