Münhen qəhrəmanı dünyasını dəyişdi

  • 18 Fevral 2020 12:14
  • 164

“Mançester Yunayted”in sabiq qapıçısı Harri Qreqq 87 yaşında dünyasını dəyişib.

Corner.az xəbər verir ki, o, karyerasının böyük hissəsini “qırmızı-şeytanlar”da keçirib, bu komandada 200-dən çox oyunda meydana çıxıb. 1958-ci ildə “Mançester Yunayted”in futbolçularının da olduğu təyyarənin qəza uğraması zamanı Qreqq “Münhen qəhrəmanı” adı alıb. Həmin qəza zamanı sağ qalan Harri bir neçə komanda yoldaşını, baş məşqçi Mett Basbi və bəzi sərnişinləri xilas edə bilib. Onların arasında yuqoslaviyalı diplomatın hamilə həyat yoldaşı da olub.

Harri Qreq Şimali İrlandiya millisinin də qapıçısı olub (25 oyun). O, 1958-ci ildə dünya çempionatının 1/4  finalına qədər gələ bilib və Lev Yaşini qabaqlamaqla turnirin ən yaxşı qapıçısı olub.(qol)


SON YÜKLƏNƏNLƏR

Atletiko Xamesi istəyir

5 Avqust 2020 18:56

İvanoviçin yeni klubu

5 Avqust 2020 17:19

Millimizin baş məşqçisindən Qurban bayramı təbriki - FOTO

DAVAMI