Ronaldo məndən çox şey öyrənib - Nani

  • 25 Mart 2020 20:10
  • 71

Portuqaliyan millisinin sabiq futbolçusu Luis Nani birgə oynadığı ən yaxşı 5 futbolçunun adını açıqlayıb. 

Corner.az xəbər verir ki, o, həmin futbolçulardan rəmzi komanda düzəldib:

"David De Xeanı qapıya qoyacam. Məncə, o, dünyanın ən yaxşı qapıçılarından biridir. David mənim yaxın dostumdur. Ancaq qapıda durması üçün özü ilə eynək götürməlidir. Onun buna ehtiyacı var. Deko bütlərimdən biridir. Mənə çox şey öyrətdi. Onun çox əla texnikası var. Bruno Alves müdafiəçi kimi möhtəşəmdir. Lazım olanda oynayır, lazım olanda məhv edir. Təbii ki, komandanın bir üzvü də ən sürətli olan Kriştiano Ronaldo. O, məndən çox şey öyrənib, özü də bunu bilir (gülür). Beşinci isim Pol Skoulsdur. Komandanın baş məşqçisi isə özüməm”.

Qeyd edək ki, Nani hazırda MLS-in “Orlando Siti” klubunda forma geyinir.