Qarabağ'ın istədiyi argentinalı qapıçı: Yaxşı fürsət idi

  • 18 Aprel 2020 17:19
  • 128

Argentinalı qapıçı Markos Dias Azərbaycandan təklif aldığını etiraf edib.

Corner.az xəbər verir ki, 34 yaşlı qolkiper ölkəsinin mediasına açıqlamasında bildirib ki, hazırda çıxış etdiyi "Boka Xuniors"dan ayrılmağa yaxın olsa da, son anda qərarını dəyişib.

"Boka Xuniors"dan ayrılmağa çox yaxın idim. Çünki Azərbaycandan özünəməxsus təklif almışdım, spesifik variant idi. Hətta klublar arasında danışıq da olmuşdu. Söhbət olmuşdu ki, əgər "Boka" pul qazanacaqsa, bu keçid reallaşsın. Mən özüm də orada müntəzəm oynamaq istəyirdim. Bu, yaxşı fürsət idi. Amma son anda transfer baş tutmadı" - deyə, təcrübəli qapıçı bildirib.

Qeyd edək ki, Ağdam təmsilçisi ötən yay Diasla danışıq aparmışdı.