Barselona'nın çempionluğu ədalətsizlik olar - Kurtua

  • 5 May 2020 19:05
  • 61

"Real"ın qapıçısı Tibo Kurtua La Liqada bu mövsümün vaxtından əvvəl yekun vurulması variantı haqda danışıb.

Corner.az "Marca"ya istinadən xəbər verir ki, 28 yaşlı qolkiper deyib ki, mövsüm vaxtından əvvəl başa çatsa, o zaman lider "Barselona" çempionluq hüququna layiq deyil:

"Barselona"dan cəmi iki xal geri qalırıq və çempion ola bilərik. Buna görə mövsümün nəticələri ləğv olunsa, şanslı olmayacağıq."Barselona" çempion kimi  elan olunması ədalətsizlik olar. Biz onlarla heç-heçə etdik  və ikinci oyunda qalib gəldik. Bununla da sübut etdik ki, onlardan daha yaxşıyıq. "Barselona"dan cəmi iki xal geridəyik, buna görə belə bir qərarla razı olmazdım".(qol)