“Keşlə”dən ayrılan qapıçı “Zirə”yə keçir

  • 9 Yanvar 2019 11:47
  • 243

Qış fasiləsində “Keşlə” ilə yollarını ayıran Orxan Sadıqlının yeni klubu müəyyənləşib.

Corner.az “Report”a istinadən xəbər verir ki, 26 yaşlı qapıçı karyerasını “Zirə”də davam etdirəcək. Artıq tərəflər arasında razılıq əldə olunub. Keçidin bu gün rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, Orxan Sadıqlı cari mövsümün ilk yarısını icarə əsasında “Sumqayıt”da keçirib. O, daha əvvəl yetirməsi olduğu “Xəzər Lənkəran”ın da formasını geyinib. 

Fasilə dövründə "Zirə"ni Adil Nağıyev, Vüsal İsgəndərli və Anar Nəzirov tərk edib. Əvəzində Bəxtiyar Həsənalızadə heyətə cəlb olunub.

SON YÜKLƏNƏNLƏR

Avroliqada püşk atıldı

10 İyul 2020 15:38

Özil qərarını verdi

9 İyul 2020 19:33

Ukrayna klubunda kütləvi yoluxma

DAVAMI