Ronaldo özünə torpaq aldı

  • 21 May 2020 00:23
  • 41

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Vətəni Portuqaliyada yeni torpaq sahəsi alıb.

Corner.az "Vidas.pt"a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu Lissabon şəhərinin Riveyra bölgəsindəki əraziyə 8 milyon avro ödəyib.

Təxminən 10 min kvadratmetr sahədə malikanənin inşası üçün işlərə başlanılıb. Ancaq Ronaldonun hələlik orada yaşamaq fikrində olmadığı bildirilib.

Qeyd edək ki, Riveyra Portuqaliyada varlıların yaşadığı ərazidir.(qol)