Almeydanın baş məşqçisi Almaniyada Top-5'ə düşdü

  • 21 May 2020 16:01
  • 27

Almaniyanın ölkə xaricində ən çox komandada işləyən futbol məşqçiləri bəlli olub. 

Corner.az "Fussball" nəşrinə istinadən xəbər verir ki, "5-lik"də "Bakı" klubunun sabiq baş məşqçisi Vinfrid Şefer də yer alıb. 

İndi o, Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın çıxış etdiyi Birləşmiş Ərəb Əmirlikləri "Baniyas"ının sükanı arxasındadır. 70 yaşlı mütəxəssis ölkəsindən kənarda ümumilikdə 9 komandanın baş məşqçi olub. 

Hazırda işsiz olan 72 yaşlı Bernd Ştange də ölkəsindən kənarda 9 kollektivə rəhbərlik edib. Ştange Şeferlə 4-5-ci yerləri bölüşür. 72 yaşlı Rayner Tsobel 10, 83 yaşlı Otto Pfister isə 24 fərqli komandada çalışıb. 

Bu göstəricidə rekord 2019-cu ilin sentyabrında 94 yaşında dünyasını dəyişmiş Rudi Qutendorfa aiddir. O, ölkəsindən kənarda 31 komandanın baş məşqçisi olub. 

 Qeyd edək ki, Vinfrid Şefer 2010-cu ilin iyunundan 2011-ci ilin yanvarınadək "Bakı" komandasının baş məşqçisi olub.