Millimizin futbolçusu Stiven Siqalla görüşündən danışdı

  • 22 May 2020 11:26
  • 12

Millimizin və  “Ersgebirge” klubunun üzvü Dmitri Nazarov məşhur aktyor Stiven Siqalla görüşündən danışıb.

Corner.az “tag24”ə istnadən xəbər verir ki, dünya şöhrətli aktyorun filmlərini izlədiyini deyən 30 yaşlı yarımmüdafiçi bu görüşün onun üçün yaxşı təcrübə olduğunu bildirib:

"Azərbaycan millisi ilə Norveçə qarşı keçirdiyimiz görüşdən öncə Siqalla görüşmüşdük. O, döyüş sənətləri məktəbi açmaq üçün Bakıya gəlmişdi. Komandamızın otelində iki gecə keçirdi və matçı izlədi. Beləliklə, onunla bir araya gəlmək imkanımız oldu. Mənim üçün yaxşı təcrübə idi, çünki onun filmlərinə baxmağı xoşlayıram. Həmin vaxt onunla çəkdirdiyim şəkil indiyə qədər votsap profilimdədir”.

Qeyd edək ki, 2014-cü ildən millimizə dəvət alan Nazarov 2-ci Bundesliqa təmsilçisi "Ersgebirge"də 2016-ci ildən oynayır.