Paşayevin komandasından qələbə

  • 22 May 2020 21:06
  • 23

Bu gün Ukraynada iki aylıq fasilədən sonra yenidən futbol matçlarına start verilib.

Corner.az xəbər verir ki, üç yoldaşlıq oyunu nəzərdə tutulub.Onlardan ikisi artıq başa çatıb.

“Dinamo” (Kiyev) – “Rux” görüşündə hesab açılmayıb - 0:0. Millimizin üzvü Pavel Paşayevin çıxış etdiyi "Oleksandriya” “Vorskla”  ilə qarşılaşıb və  4:2 hesabı ilə qalib gəlib. P.Paşayev sözügedən görüşdə iştirak edib.

Bu gün  “Minay” – “Lvov” matçı da nəzərdə tutulub.

Qeyd edək ki, koronavirus pandemiyasına görə mart ayından Ukraynada da futbol dayandırılmışdı.