Fellaini'dən 7 dəqiqəyə het-trik

  • 26 İyul 2020 21:46
  • 63

Bir neçə ay əvvəl koronavirusa qalib gələn Maruan Fellaini Çin Super Liqasında çıxdığı ilk oyunda 3 qol vurub.
 
Corner.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin formasını geyindiyi “Şandun Lunen” klubu ilk turda səfərdə “Dalyan”ın qonağı olub.
 
Görüş “Şandun Lunen”in 3:2 hesablı qələbəsiylə yekunlaşıb. Fellaini bu matçda 7 dəqiqədə het-trik edərək, komandasına qələbə qazandırıb.
 
Qeyd edək ki, belçikalı futbolçu mayda koronavirusa yoluxmuş və daha sonra sağalmışdı.

SON YÜKLƏNƏNLƏR

Atletiko Xamesi istəyir

5 Avqust 2020 18:56

İvanoviçin yeni klubu

5 Avqust 2020 17:19

Millimizin baş məşqçisindən Qurban bayramı təbriki - FOTO

DAVAMI