Anrinin rekordunu təkrarladı

  • 27 İyul 2020 23:53
  • 91

"Mançester Siti" İngiltərə Premyer Liqasının 38-ci turu çərçivəsində “Norviç”i böyük hesabla məğlub edib – 5:0.
 
Corner.az xəbər verir ki, “şəhərlilər”in futbolçusu Kevin de Breyne bu oyunda həm qol, həm də məhsuldar ötürmə ilə yadda qalıb. 
 
Komandasının ikinci qolunu vuran 29 yaşlı yarımmüdafiəçi, üçüncü qolun məhsuldar ötürməsinin müəllifi olub. Bununla da, belçikalı futbolçu cari mövsümdə verdiyi məhsuldar ötürmələrin sayını 20-yə çatdırıb. Bu göstərici ilə belçikalı futbolçu “Arsenal”ın keçmiş hücumçusu Tyerri Anrinin rekordunu təkrarlayıb. 
 
Qeyd edək ki, Anri 2002/03-cü il mövsümündə 20 məhsuldar ötürmə ilə yadda qalmışdı.