Messi canavar kimidir - Xavi

  • 28 İyul 2020 23:17
  • 42

“Barselona”nın əfsanəvi futbolçusu Xavi komandanın kapitanı Lionel Messi haqda danışıb.

Corner.az xəbər verir ki, hazırda “Əl-Sədd”in (Qətər) baş məşqçisi olan 40 yaşlı mütəxəssis argentinalı futbolçunun 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında iştirak edəcəyinə əmin olduğunu deyib. O, “Sizcə, Messi 35 yaşında dünya çempionatında iştirak edə biləcəkmi” sualını belə cavablandırıb:

“Mənə elə gəlir ki, Leo istədiyi qədər oynayacaq.  Sürətli və güclüdür, rəqabət baxımından  canavar, fiziki baxımdan heyvan kimidir. Onun DÇ-2022-də oynayacağına şübhə etmirəm”.

Qeyd edək ki, 33 yaşlı Messi La Liqada başa çatan mövsümdə həm bombardirlər yarışında birinci olub, həm də ən çox qol ötürməsi müəllifidir. O, 25 qol, 21 məhsuldar ötürmə ilə hamını qabaqlayıb

SON YÜKLƏNƏNLƏR

Atletiko Xamesi istəyir

5 Avqust 2020 18:56

İvanoviçin yeni klubu

5 Avqust 2020 17:19

Millimizin baş məşqçisindən Qurban bayramı təbriki - FOTO

DAVAMI