UEFA həftənin oyunçusu adına namizədləri açıqladı

  • 7 Avqust 2020 10:30
  • 69

UEFA Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb. 

Corneraz-ın məlumatına görə, bu ad uğrunda 4 nəfər mübarizə aparacaq. Bunlar "Vulverhempton"un qapıçısı Ruy Patrisiu, "Sevilya"nın müdafiəçisi Serxio Regilon,  "Kopenhagen"in hücumçusu Yonas Vinn və "Şaxtyor"un forvardı Junior Moraesdir.

Qalibin adı qitə futbol qurumunun saytında səsvermə yolu ilə müəyyənləşəcək. 

Qeyd edək ki, "Vulverhempton" 1/8 final mərhələsində Yunanıstan "Olimpiakos"unu (1:1, 1:0), "Sevilya" İtaliya "Roma"sını (2:0), "Kopenhagen" Türkiyə "Başakşehir"ini (0:1, 3:0), "Şaxtyor" isə Almaniya "Volfsburq"unu (2:1, 3:0) mübarizədən kənarlaşdırıb.