Dünyanın ən çox qazanan futbolçusu bəlli oldu

  • 14 Sentyabr 2020 21:04
  • 120

"Forbes" jurnalı 2020-ci ilin ən çox qazanan futbolçularının siyahısını açıqlayıb.

Corner.az xəbər verir ki, siyahıya Argentina millisinin və "Barselona" klubunun kapitanı Lionel Messi başçılıq edir.

33 yaşlı hücumçunun builki gəliri 126 milyon ABŞ dolları təşkil edir. 

2-ci yeri 117 milyon ABŞ dolları qazanan "Yuventus"un hücumçusu Kriştiano Ronaldo tutur. Portuqaliyalı futbolçu daha əvvəl dünyanın ilk milyarder futbolçusu kimi tarixə adını yazdırıb.

Siyahının 3-cü pilləsində isə PSJ-nin hücumçusu Neymar yer alır -  Braziliyalı futbolçusunun gəliri 96 milyon ABŞ dolları təşkil edir.

Reytinqdə ilk "10-luq" aşağıdakı kimidir:

1. Lionel Messi ("Barselona") - 126 milyon ABŞ dolları

2. Kriştiano Ronaldo ("Yuventus") - 117 milyon ABŞ dolları

3. Neymar (PSJ) - 96 milyon ABŞ dolları

4. Kilian Mbappe (PSJ) - 42 milyon ABŞ dolları

5. Məhəmməd Salah ("Liverpul", İngiltərə) - 37 milyon ABŞ dolları

6. Pol Poqba ("Mançester Yunayted", İngiltərə) - 34 milyon ABŞ dolları

7. Antuan Qrizmann ("Barselona") - 33 milyon ABŞ dolları

8. Qaret Beyl ("Real Madrid", İspaniya) - 29 milyon ABŞ dolları

9. Robert Levandovski ("Bavariya", Almaniya) - 28 milyon ABŞ dolları

10. David De Xea ("Mançester Yunayted") - 27 milyon ABŞ dolları