Arsenal'da idarə heyətinin məsləhətçisi olardım

  • 11 Oktyabr 2020 19:18
  • 46

“Mənə idman direktoru yox, “Arsenal”ın idarə heyətinin məsləhətçisi vəzifəsi təklif edilsəydi, razılaşardım”.

Corner.az xəbər verir ki, bu sözləri “Arsenal”ın sabiq baş məşqçisi Arsen Venqer deyib. 70 yaşlı mütəxəssis London klubunda idman direktoru çalışmaq istəməməsinin səbəblərini açıqlayıb:

“Düzü, böyük klublarda bilik çatışmazlığı olduğunu düşünürəm. Futbolda uğur qazanmağın bir çox yolu var. Məsələn, “Bavariya”dakı kimi- bütün müvəffəqiyyətlər klubun dəyərlərini bilən insanlardan asılıdır. Onlar həmin dəyərləri nəsildən-nəsilə ötürə bilirlər. Hennes, Rummeniqq, Bekkenbauer belə insanlardandır. İngiltərədə də pul və uğur qazanmağın bir neçə sürətli üsulu var. Klubda davamlılıq olanda bu, xoşuma gəlir”.
 
Qeyd edək ki, A.Venqer 1996-2018-ci illərdə "Arsenal"ı çalışdırıb.