Ürəyim Azərbaycan əsgərlərinin yanındadır!

  • 14 Oktyabr 2020 17:20
  • 52

“Mən hələ Bakıya, “Qarabağ”a gəlməzdən öncə sosial şəbəkələrdən ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi haqqında oxumuşdum”.

Corner.az xəbər verir ki, bu sözləri  “Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu deyib.

2016-cı ilin avqustunda “Qarabağ”a transfer edilən afrikalı hücumçu hazırda Çində forma geyinir. “Greentown” klubunun şərəfini qoruyan Dino son günlər Azərbaycanla Ermənistan arasında yaşanan hadisələr haqda danışıb.

Onun fikrincə, ermənilər işğal etdikləri Azərbaycan ərazilərindən çıxmalıdı: “Ermənilərin daha əvvəl etdikləri, Qarabağ torpaqlarını zəbt etməsi, “Qarabağ” klubunu qaçqın komandaya çevrilməsinin əleyhinəyəm. Son günlər yenə öz işlərinə başlayıblar, təxribatlara əl atırlar. Xüsusən də, dinc sakinləri, günahsız uşaqları öldürürlər”.

Ndlovu bildirib ki, Ermənistan müharibə istəyirsə, azərbaycanlılar bu situasiyada boş dayanmayacaqlar: “Müharibə istəyirlərsə, görəcəklər! Azərbaycan əsgərləri güclüdür, daha güclü olmalıdırlar və mənim ürəyim onların yanındadır”.(matc)


SON YÜKLƏNƏNLƏR

Qarabağ Makkabi'yə uduzdu

23 Oktyabr 2020 01:05

Çelsi Kepa'dan narazıdır

22 Oktyabr 2020 20:54

UEFA prezidenti Dağlıq Qarabağ münaqişəsindən danışdı

DAVAMI