Golden Boy'a 20 namizəd

  • 15 Oktyabr 2020 20:22
  • 63

"Tuttosport" nəşri Avropada ilin ən yaxşı gənc futbolçusunə verilən "Golden Boy" mükafatına namizədləri açıqlayıb.

Corner.az xəbər verir ki, namizədlər sırasında 20 oyunçu yer alıb. Qaydalara əsasən, "Golden Boy mükafatına namizədlərin yaşı 21-dən az olmalı və onlar Avropa çempionatlarının əsas liqasında çıxış etməlidir.

Namizədlər aşağıda adları qeyd olunanlardır:

Mitçel Bakker (PSJ, Niderland), Eduardo Kamavinja ("Renn", Fransa), Conatan Devid ("Lill", Kanada), Alfonso Devis ("Bavariya", Kanada), Serjinyo Dest ("Barselona", ABŞ), Fabiu Silva ("Vulverhempton", Portuqaliya), Ansu Fati ("Barselona", İspaniya), Filip Foden ("Mançester Siti", İngiltərə), Rayan Qravenberx ("Ayaks", Niderland), Meyson Qrinvud ("Mançester Yunayted", İngiltərə), Erlinq Holand ("Borussiya" Dortmund, Norveç), Kallum Hadson-Odoi ("Çelsi", İngiltərə), Deyan Kuluşevski ("Yuventus", İsveç), Rodriqo ("Real", Braziliya), Bukayo Saka ("Arsenal", İngiltərə), Ceydon Sanço ("Borussiya" Dortmund, İngiltərə), Dominik Soboslai ("Red Bull Zalsburq", Macarıstan), Sandro Tonali ("Milan", İtaliya), Ferran Torres ("Mançester Siti", İspaniya), Vinisius Junior ("Real", Braziliya).

Qeyd edək ki, qalib jurnalistlər arasnda keçirilən səsvermənin nəticəsinə əsasən müəyyənləşəcək. Ötən il bu mükafatı Portuqaliya millisi və Madrid "Atletiko"sunun hücumçusu Joau Feliş qazanıb.


SON YÜKLƏNƏNLƏR

Qarabağ Makkabi'yə uduzdu

23 Oktyabr 2020 01:05

Çelsi Kepa'dan narazıdır

22 Oktyabr 2020 20:54

UEFA prezidenti Dağlıq Qarabağ münaqişəsindən danışdı

DAVAMI