Mövsümün ilk avtoqolu

  • 25 Oktyabr 2018 12:22
  • 286

Topaz Premyer Liqasının 2018/19 mövsümündə ilk avtoqol qeydə alınıb. Corner.az Goal.az-a istinadən xəbər verir ki, bu, 6-cı turun “Sumqayıt” – “Zirə” (1:0) matçına təsadüf edib.

Meydan sahibləri 3 xalı paytaxt təmsilçisinin müdafiəçisi Adil Nağıyevin topu öz qapısından keçirməsi hesabına qazanıb. Mövsümün əvvəlki 23 görüşündə avtoqol qeydə alınmadığı üçün Nağıyev ilk uğursuz olub.

 

Ümumilikdə isə “Zirə”nin futbolçuları Premyer Liqa tarixində 3-cü dəfə avtoqola üzülüblər. “Sumqayıt” isə 7-ci dəfə rəqib qoluna şahidlik edib.

 

Bu, “Zirə” və “Sumqayıt” arasında duellərdə 3-cü avtoqoldur. 2015/16 mövsümündə Cəmil Hacıyev (“Sumqayıt”), ötən çempionatda isə Jozef Bum (“Zirə”) belə uğursuzluq yaşayıb.

 

Qeyd edək ki, “Sumqayıt” – “Zirə” görüşündə qol ilk olaraq “Sumqayıt”ın üzvü Atilla Yıldırımın aktivinə yazılsa da, oyunun baş hakimi Vüqar Həsənlinin Peşəkar Futbol Liqasına ünvanladığı raporta əsasən  matçın yekun protokolunda dəyişiklik edilib.


SON YÜKLƏNƏNLƏR

Atletiko Xamesi istəyir

5 Avqust 2020 18:56

İvanoviçin yeni klubu

5 Avqust 2020 17:19

Millimizin baş məşqçisindən Qurban bayramı təbriki - FOTO

DAVAMI