Millimizin futbolçusu Hollandiyada evləndi

  • 5 Yanvar 2021 21:28
  • 109

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin və “Sabah”ın futbolçusu Ozan Can Kökçü ailə qurub.
 
Corner.az xəbər verir ki, gənc yarımmüdafiəçinin nikah mərasimi doğulub boya-başa çatdığı Niderlandın Hofddorp şəhərində gerçəkləşib.
 
Karantinlə əlaqədar mərasim məhdud çərçivədə baş tutub.
 
Qeyd edək ki, Ozan Can Kökçü Azərbaycanın U-21 yığmasına 2017-ci, "Sabah"a isə 2019-cu ildən cəlb olunub.