İtaliya futbolçudan maraqlı evlilik təklifi - FOTOLAR

  • 9 Yanvar 2021 13:46
  • 53

İtaliyalı futbolçu Qratsiano Pelle maraqlı addımı ilə gündəmə gəlib.

Corner.az xəbər verir ki, 35 yaşlı hücumçu sevgilisi Viki Varqaya Dubayda istirahət zamanı dünyanın ən yüksək binalarından birinin damına çıxaraq, ona evlilik təklifi edib. Təcrübəli futbolçu bu addımının qarşılığında hə cavabı alıb.

Pelle macarıstanlı modellə 2016-cı ildən sevgilidir.

Qeyd edək ki, Pelle karyerası ərzində “Feyenoord”, “Sampdoriya”, “Sauthempton”, “Parma”, AZ kimi komandalarda da çıxış edib.