Salah'dan növbəti nümunəvi addım

  • 11 Yanvar 2021 13:23
  • 58

"Liverpul”un futbolçusu Məhəmməd Salah növbəti dəfə xeyirxah addım atıb.

Corner.az zəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb. Misirli hücumçu ölkəsindəki Basyun Mərkəzi Xəstəxanasında koronavirusdan ölən xəstələr haqda məlumat aldıqdan sonra oraya yardım edib.

O, 2017-ci ildə yaratdığı “Nagriga Xeyriyyə Dərnəyi” vasitəsi ilə xəstəxanaya oksigen balonları alıb.
 
Qeyd edək ki, Salah bundan əvvəl dəfələrlə ölkəsindəki xəstəxanalara ianə edib. O, qızlar üçün məktəb açıb, idman mərkəzlərinin açılmasına görə vəsait ayırıb.(qol)