Messi, Ronaldo və Levandovski 10 ilin rəmzi komandasında

  • 26 Yanvar 2021 07:09
  • 36

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) son 10 ilin rəmzi komandasını açıqlayıb.

Corner.az İFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, hücum xəttində "Barselona"dan Lionel Messi, "Yuventus"dan Kriştiano Ronaldo və "Bavariya"dan Robert Levandovski yer aılb.

Ümumilikdə, "kral klubu"nun 4 futbolçusu "11-liy"ə düşüb.

Qapıçı: Manuel Noyer ("Bavariya", Almaniya)

Müdafiəçilər: Marselo, Serxio Ramos (hər ikisi "Real Madrid"), Flipp Lam ("Bavariya", Almaniya), Vircil Van Dayk ("Liverpul", İngiltərə),

Yarımmüdafiəçilər: Luka Modriç, Toni Kroos (hər ikisi "Real Madrid"), Andres İnyesta ("Vissel Kobe", Yaponiya),

Hücumçular: Lionel Messi ("Barselona"), Kriştiano Ronaldo ("Yuventus"), Robert Levandovski ("Bavariya")