Azərbaycanda oyun keçirmək xəyalımdır - Fənərbaxça prezidenti

  • 27 Yanvar 2021 16:04
  • 46

"Azərbaycan - Türkiyə dostluğundan danışmağa ehtiyac yoxdur. Bunu son vaxtlar stadionlarda görürük".

Corner.az xəbər verir ki, bu fikirləri "Fənərbaxça"nın prezidenti Ali Koç Mesut Özilin təqdimat mərasimində deyib.

54 yaşlı funksioner Azərbaycanda "Fənərbaxça"nın hanısa oyunu keçirməsi barədə də danışıb: "Mənim bir xəyalım var: Üç ölkədə oyun keçirmək istəyirəm. Bunlardan biri Azərbaycandır. Mesutun gəlişi ilə bu ölkə oyun keçirmək daha da qiymətli oldu. Onun və "Fənərbaxça"nın orada nə qədər çox sevildiyini bilirik. Pandemiya və sıx təqvimin arasına sala bilsək, Azərbaycana getməyi çox istəyirik. Digər iki ölkənin adını açıqlamaq istəmirəm".(report)


SON YÜKLƏNƏNLƏR

Azərbaycan atleti finala yüksəldi

DAVAMI