Maradona'nın ölümündə növbəti etiraf: pivəyə həblər atıblar

  • 18 Fevral 2021 16:46
  • 40

Ötən ilin noyabrında dünyasını dəyişən Argentina yığmasının əfsanəvi hücumçusu Dieqo Armando Maradonanın ölümü ilə bağlı yeni iddia ortaya atılıb. 

Corner.az xəbər verir ki, Maradona səhhətindəki problemlərlə əlaqədar gecələr yata bilmədiyi üçün onun içkilərinə xüsusi həblər qatırmışlar.
 
Bunu onun oğlu Duequito Fernandonun psixopedaqoqu Qriselda Morel məhkəmə qarşısındakı ifadəsində qeyd edib. Onun sözlərinə görə, əslində bu həblərin ona verilməsi qadağan edilibmiş. Lakin Maradona özü də bunu tələb etdiyindən, köməkçiləru bu həbləri onun içkilərinə, pivəyə qataraq veriblər. Amma bu həblərin onun ölümündə nə dərəcədə rol oynadığı xüsusi araşdırmalar tələb edir.
 
Qeyd edək ki, hazırda Maradonanın ölümü ilə bağlı istintaq davam edir. Məhkəmə işinə cəlb olunan şəxslərin də sayı artmaqdadır. Bir neçə gün öncə əfsanəvi futbolçunun ölümündən bir neçə ay əvvəl müalicə edən psixoloq Karlos Dias və daha 2 tibb işçisi də istintaqa cəlb olnub. Onlar səhlənkarlıqda ittiham olunur.(matc)

SON YÜKLƏNƏNLƏR

Everton'da yeni müqavilə

24 Fevral 2021 21:31

Millimizin üzvü Fransa klubu ilə müqavilə bağladı

DAVAMI