İtaliyalı hücumçu peşəkar futboldan imtina etdi

  • 22 Fevral 2021 12:27
  • 47

 "Peskara" klubunun üzvü Alessandro Arlotti peşəkar futboldan imtina edib.

Corner.az "Sport1" telekanalına istinadən xəbər verir ki, buna səbəb 19 yaşlı hücumçunun ABŞ-ın məşhur Harvard Universitetinə qəbul olmasıdır.

Arlotti klubdan ayrılıb və artıq universitetin komandasında çıxış edəcək.

Qeyd edək ki, Alessandro Arlotti "Monako"nun yetirməsidir. O, İtaliyanın U-17 yığmasında 8 matça çıxıb və 1 qol vurub.


SON YÜKLƏNƏNLƏR

Everton'da yeni müqavilə

24 Fevral 2021 21:31

Millimizin üzvü Fransa klubu ilə müqavilə bağladı

DAVAMI