Azarkeşlər oynamağı üçün pul ödədi, oyundan atıldı

  • 22 Fevral 2021 17:30
  • 62

Braziliya çempionatında "Flamenqo" və "İnternasyonal" klubları arasındakı oyunda kuryoz hadisə baş verib.

Corner.az xəbər verir ki, Rio-de-Janeyro təmsilçisindən icarəyə götürülən qonaqların əsas müdafiəçisi Rodiney Marselo de Almeyda müqavilə şərtinə əsasən, bu matçda meydana çıxmamalıydı.

Bunun üçün qarşı tərəfə 153.000 avro cərimə ödəmək lazım idi. Yerli azarkeşlərdən biri ödənişi öz üzərinə götürərək, 29 yaşlı futbolçunun oynamasına şərait yaradıb.

Əsas hadisələr də bundan sonra yaşanıb və Rodiney bir anda antiqəhrəmana çevrilib. İlk hissədə avtoqol müəllifi olan Rodiney ikinci yarının əvvəlində qırmızı vərəqə alaraq meydandan qovulub. Nəticədə "İnternasyonal" 1:2 hesabı ilə uduzaraq, liderliyi əldən verib.



SON YÜKLƏNƏNLƏR

Azərbaycan atleti finala yüksəldi

DAVAMI