DÇ-2022: Cənubi Amerika zonasının oyunları təxirə salındı

  • 6 Mart 2021 22:18
  • 35

Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin mart ayında bu zonada keçirilməsi nəzərdə tutulan oyunların təxirə salınması barədə qərar qəbul edib.

Corner.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, oyunlarda iştirak edəcək bütün Cənubi Amerika futbolçularını vaxtında toplamaq mümkün olmadığı üçün bu cür qərar qəbul edilib.

Xatırladaq ki, Avropanın bir sıra aparıcı klubları koronavirus pandemiyası səbəbindən tətbiq edilən səyahət məhdudiyyətlərinə görə futbolçularını milli komandalara buraxmaq istəmir.(report)


SON YÜKLƏNƏNLƏR

Atletiko onu itirdi

12 Aprel 2021 21:52

Daha bir ağırlıqqaldıranımız medal qazandı

DAVAMI