Reyncers 10 il sonra çempion!

  • 7 Mart 2021 19:19
  • 47

Şotlandiya çempionatında mövsümün qalibi müəyyənləşib.
 
Corner.az xəbər verir ki, ikinci pillədə qərarlaşmış “Seltik”in bu gün 32-ci tur çərçivəsində səfərdə “Dandi Yunayted”lə heç-heçə etməsi (0:0)  lider “Reyncers”i bütün rəqibləri üçün əlçatmaza çevirib. Belə ki, mövsümün başa çatmasına 6 tur qalmış liderlə əsas izləyici arasında 20 xallıq fərq yaranıb.
 
“Seltik”in hazırda 68 xalı varsa, “Reyncers”in hesabında isə 88 xal var. Stiven Cerardın komandası 10 ildən sonra çempionluq sevinci yaşayıb. Sözügedən komanda sonuncu dəfə 2010/11 mövsümündə Şotlandiyanın ən güclüsü olmuşdu. Bu, həm də 9 il idi ardıcıl çempion olan “Seltik”in hegemenluğuna son qoymaq deməkdir.
 
Qeyd edək ki, Cerardın 2018-ci ildən çalışdırdığı “Reyncers” tarixində 55-ci çempionluğunu yaşayır. 

SON YÜKLƏNƏNLƏR

Atletiko onu itirdi

12 Aprel 2021 21:52

Daha bir ağırlıqqaldıranımız medal qazandı

DAVAMI