Olimpiya çempionu Ronaldo'nu Messi'dən üstün tutdu

  • 8 Aprel 2021 19:32
  • 63

Atletika üzrə 8 qat olimpiya çempionu Useyn Bolt  "Barselona"nın kapitanı Lionel Messi ilə "Yuventus"un futbolçusu Kriştiano Ronaldonu müqayisə edib.

Corner.az-ın məlumatına görə, yamaykalı atlet "La Gazzetta dello Sport"a açıqlamasında seçim etməkdə çətinlik çəkdiyini deyib.

34 yaşlı idmançı buna baxmayaraq portuqaliyalı hücumçunu daha üstün tutduğunu bildirib: "Mənim üçün seçim etmək asan deyil. Çünki Argentina millisinə azarkeşlik etməklə yanaşı, Ronaldonun böyük pərəstişkarıyam. Ona "Mançester Yunayted"də çıxış etdiyi vaxtdan heyranam. Düşünürəm ki, onun Messidən əsas fərqi özünü fərqli çempionatlarda göstərməsidir. Bu səbəbdən də Ronaldonu seçirəm".

Qeyd edək ki, Useyn Bolt həm də 11 qat dünya çempionu, 8 dünya rekordçusudur. O, karyerasını 14 avqust 2017-ci ildə başa vurub