Mbappe düz yoldadır - Trezeqe

  • 11 Aprel 2021 09:35
  • 52

Fransa milli komandasının sabiq hücumçusu David Trezeqe PSJ-nin futbolçusu Kilian Mbappe haqqında açıqlama verib.

Corner.az xəbər verir ki, “Le Parisien” nəşrinə danışan Trezeqe, Mbappenin Kriştiano Ronaldo və Lionel Messinin davamçısı olacağını deyib:

“Mbappe düz yoldadır. Onu Ronaldo və Messinin davamçısı kimi göstərirlər. Düşünürəm ki, Mbappe onların yerini tutmağa ən yaxın futbolçudur”.

Qeyd edək ki, Mbappe bu mövsüm PSJ ilə 38 oyunda 32 qol vurub.