Razılaşma olsa, azərbaycanlı futbolçuları Türkiyə yığmasında oynadarıq

  • 20 Aprel 2021 14:55
  • 79

Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir maraqlı açıqlama verib.

Corner.az “detaykıbrıs.com” saytına istinadən xəbər verir ki, Özdəmir, azərbaycanlı futbolçuların Türkiyə çempionatlarında oynamasını arzuladığını deyib:

“Azərbaycanlı qardaşlarımızın Türkiyə çempionatlarında oynamasını arzulayırıq. Dövlətlərimiz arasında razılaşma olarsa, bəlkə, azərbaycanlı futbolçuları Türkiyə yığmasında oynadarıq. Onları yerli çempionatlarda da legioner kimi yox, türk futbolçular kimi oynadarıq”.