32-ci dəfə Superliqanın qalibi oldular

  • 30 Aprel 2021 19:13
  • 43

Futbol üzrə Serbiya Super Liqasında çempion bəlli olub.

Corner.az xəbər verir ki, “Srvena Zvezda” klubu sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib. Belqrad təmsilçisi 98 xalla ən yaxın izləyicisi “Partizan”ı 12 xal qabaqlayır. “Srvena Zvezda” Super Liqada 34 turda 32 qələbə qazanıb, 2 dəfə isə heç-heçə edib.

“Srvena Zvezda”nı Serbiya milli komandasının və “İnter”in sabiq futbolçusu Deyan Stankoviç çalışdırır.

“Srvena Zvezda” klub tarixində 32-ci dəfə Super Liqanın qalibi olub.