Dadaşovun komandası mövsümə darmadağınla başladı

  • 1 May 2021 19:42
  • 65

Futbol üzrə ABŞ birinci liqasında yeni mövsümə start verilib.
 
Corner.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Finiks Rayzinq” də yeni mövsümdə ilk matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “San Dieqo Loyal”ı qəbul edib. Oyun “Finiks Rayzinq”in 4:1 hesablı qələbəsiylə yekunlaşıb.
 
Dadaşov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin hücumçusu fərqlənməyi bacarmayıb və 86-cı dəqiqədə əvəzlənib.