Kubokun qalibi oldular - son 9 ildə 8-ci dəfə

  • 2 May 2021 10:38
  • 42

Futbol üzrə Avstriya kubokunun qalibi məlum olub.

Corner.az xəbər verir ki, həlledici görüşdə LASK və “Zalsburq” klubları qarşılaşıblar. Görüş “Zalsburq”un 3:0 hesablı inamlı qələbəsiylə yekunlaşıb.

“Zalsburq” klub tarixində 8-ci dəfə ölkə kubokunu qazanıb. Komanda bu titulları son 9 ildə əldə edib.