Millimizin sabiq baş məşqçisi Pele və Maradona ilə eyni komandada

  • 4 May 2021 09:02
  • 47

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Cənubi Amerika zonası üzrə XX əsrin rəmzi komandasını açıqlayıb.

Corner.az xəbər verir ki, "11-lik"də Dieqo Maradona və Pele ilə birgə Azərbaycan millisinin sabiq baş məşqçisi Karlos Alberto Torres də yer alıb.

QapıçıAmadeo Karriso (Argentina)

Müdafiəçilər: Karlos Alberto Torres, Nilton Santos (hər ikisi Braziliya), Daniel Passarella (Argentina), Elias Figeroa (Çili)

Yarımmüdafiəçilər: Valdir Pereyra Didi, Ziko (hər ikisi Braziliya), Dieqo Maradona (Argentina)

Hücumçular: Qarrinça, Pele (hər ikisi Braziliya), Alfredo Di Stefano (Argentina)

Qeyd edək ki, Karlos Alberto Torres 2004-2005-ci illərdə Azərbaycan millisinə başçılıq edib. Braziliyalı mütəxəssis 2016-cı ildə dünyasını dəyişib.(report)