Moldovada da çempion bəlli oldu

  • 13 May 2021 19:56
  • 53

Futbol üzrə Moldova çempionatında cari mövsümün çempionu müəyyənləşib.

Corner.az xəbər verir ki, “Şerif” 2020/21 mövsümünün qalibi olub.

Tiraspol təmsilçisi “Milsami”ni 6:0 hesabı ilə məğlub edərək yarışın bitməsinə 4 tur qalmış rəqibləri üçün əlçatmaz olub.

Beləliklə, komanda tarixində 19-cu dəfə ölkə çempionu adına yiyələnib.


SON YÜKLƏNƏNLƏR

Ramos Premyer Liqa yolunda

18 İyun 2021 06:49

AÇ-da daha iki qızıl və bir bürünc medal şansı

DAVAMI