Rəşad Sadıqovdan Emreliyə: Azərbaycanı layiqincə təmsil edəcəksən

  • 9 İyun 2021 07:35
  • 40

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Polşanın "Legiya" klubu ilə müqavilə imzalayan Azərbaycan millisinin futbolçusu Mahir Emreliyə dəstək olub.

Corner.az-ın məlumatına görə, 39 yaşlı mütəxəssis bu barədə şəxsi "İnstaqram" hesabından yazıb.

"Qarabağ" klubunun keçmiş kapitanı 24 yaşlı hücumçu ilə fotosunu da paylaşıb: "Mahir, yolun açıq olsun. Əminəm ki, beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edəcəksən".

Emreli ilə Sadıqovun paylaşımına belə reaksiya verib: "Kapitan, buralara gəlib çıxmağımda ən önəmli rolu olanlardan biri sənsən. Hər şeyə görə çox sağ ol".

Qeyd edək ki, Mahir Emreli "Legiya" ilə 3 illik müqavilə imzalayıb. Sözləşmənin müddəti sonradan daha 1 il uzadıla bilər.


SON YÜKLƏNƏNLƏR

Ramos Premyer Liqa yolunda

18 İyun 2021 06:49

AÇ-2020: Paraşütlə meydana daxil oldu, azarkeşlərə xəsarət yetirdi -VİDEO

DAVAMI