Polşa çempionatı Azərbaycan Premyer Liqasından daha yaxşıdır

  • 9 İyun 2021 09:05
  • 29

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Legiya” klubuna transferindən danışıb.

Corner.az xəbər verir ki, 23 yaşlı futbolçu Polşa klubunun rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Legiya”ya keçidimin əsas səbəbi bu komandanın daim titul uğrunda mübarizə aparması və avrokuboklarda çıxış hesabına inkişaf etmək istəyidir. Polşa çempionatı Azərbaycan Premyer Liqasından daha yaxşıdır. Bilirəm ki, burada oynamaqla bacarıqlarımı artıracağam. Komanda yoldaşlarımla məşqlərdə iştirak etməyi böyük səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Mahir Emreli bu gün “Legiya” ilə 3+1 illik müqaviləyə imza atıb.


SON YÜKLƏNƏNLƏR

Ramos Premyer Liqa yolunda

18 İyun 2021 06:49

AÇ-da daha iki qızıl və bir bürünc medal şansı

DAVAMI