Mançester Siti'nin futbolçusundan xeyirxah addım

  • 10 İyun 2021 08:12
  • 49

“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan xeyirxah addımı ilə gündəmə gəlib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, türk əsilli almaniyalı yarımmüdafiəçi “şəhərlilər”lə Çempionlar Liqasının finalında iştirak etdiyi üçün aldığı 300 min avro mükafatı xeyriyyə məqsədiylə xərcləyib.

30 yaşlı futbolçu bu məbləği uşaqlıqda formasını geyindiyi “Hessler” klubuna bağışlayıb. Bu vəsait klub üçün süni örtüklü meydançanın hazırlanmasına xərclənəcək.

“Mançester Siti” Çempionlar Liqasının finalında “Çelsi”yə 0:1 hesabıyla uduzub.