Emrelinin yaxşı texnikası və əla zərbələri var

  • 18 İyun 2021 09:29
  • 54

"Mahir Emreli məşqlərdə gördüyümüz keyfiyyətini burada da sübut etdi. Onun yaxşı texnikası var, oyunu oxuyur və son vuruşları effektivdir. Fərqlənmək üçün daim münasib vəziyyət axtarır və əla zərbələrə malikdir".

Corner.az-ın məlumatına görə, bunu Polşanın "Legiya" klubunun baş məşqçisi Çeslav Mixneviç Avstriya Regional Liqasında çıxış edən "Bişofshofen"lə yoxlama matçında het-trikə imza atan Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxışı barədə danışarkən bildirib.

51 yaşlı mütəxəssis 23 yaşlı hücumçunun cərimə meydançasında yaxşı oynadığını bildirib: "Rəqibin cərimə meydançasına daxil olmağı sevir. Bu da onu göstərir ki, Mahirin yanında ikinci hücumçuya ehtiyac var. Topla yaxşı oynadığından 3-5-2 sisteminə də uyğun gəlir".

Qeyd edək ki, "Bişofshofen"lə yoxlama oyunu "Legiya"nın 5:0 hesablı qələbəsi ilə başa çatıb. 60 dəqiqə meydanda olan Mahir Emreli 6-cı, 22-ci və 36-cı dəqiqələrdə fərqlənib.