Realın prezidenti Ronaldonu da təhqir edib

  • 14 İyul 2021 12:28
  • 93

İspaniyanın "El Confidencial" nəşri "Real"ın prezidenti Florentino Peresin növbəti səsyazısını yayıb.

Corner.az xəbər verir ki, 74 yaşlı funksioner bu dəfə komandanın sabiq futbolçusu Kriştiano Ronaldo haqqında səsləndirdiyi təhqiramiz ifadələr ictimaiyyətə təqdim edilib.

2012-ci ilə aid olduğu deyilən audioyazıda Peres "kral klubu"nda özünü xoşbəxt hiss etməyən 36 yaşlı hücumçunu axmaq və xəstə adlandırıb: "O, dəlidir. Bu oğlan axmaq və xəstədir. Siz Ronaldonun normal olduğunu düşünürsünüz. Amma belə deyil. Əks halda bu cür axmaqlıq etməzdi. Onun son dəliliyini bütün dünya gördü. Sizcə, niyə belə axmaq hərəkətlər edir"?

Klub prezidenti Ronaldonun və həmin vaxt "Real"ı çalışdıran Joze Mourinyonun hər ikisini bir axmaq olduğunu bildirib: "Hətta müsahibə məsələlərində belə, vəziyyət eynidir. Bunlar dəhşətli eqoları olan insanlardır, hər ikisi korlanın. Gerçəyi görmürlər, çünki fərqli davransalar çox daha çox pul qazana bilərdilər. Onlar da normal deyil, çünki imic hüquqlarında çox pul var. Belə bir üzlə, bu qədər sərt davranışla heç kim onları bəyənmir. Bu antireklamdır"!

Qeyd edək ki, "El Confidencial" nəşri daha əvvəl Florentino Peresin "Real Madrid"in sabiq futbolçuları İker Kasilyas və Raul Qonsalesi təhqir etdiyi audioyazı dərc edib.