Mbappe'nin Real'a keçəcəyi vaxtı açıqladı - Benzema'nın dostu

  • 18 İyul 2021 16:14
  • 110

PSJ-nin futbolçusu Kilian Mbappe gələn ayın sonunda “Real”a transfer oluna bilər.

Corner.az xəbər verir ki, bu barədə “Real”ın hücumçusu Kərim Benzemanın yaxın dostu Muhammed Henni özünün “youtube” kanalında məlumat verib. Henni, Mbappenin “Real”la razılığa gəldiyini açıqlayıb. Henni ona məlumat verənin "etibarlı bir adam" olduğunu bildirib.

Fransa mətbuatı isə Henninin xəbər qaynağının məhz dostu Kərim Benzema olduğu barədə məlumatlar yayıb.

Henni, PSJ ilə müqaviləsi növbəti mövsümün sonunda bitəcək Mbappenin Paris klubuna pul qazandırmadan ayrılmaması üçün avqust ayının sonunda “Real”la rəsmi sözləşmə imzalayacağını vurğulayıb.

PSJ-nin prezidenti Nasser Əl Xələfi keçən ay verdiyi açıqlamada, 22 yaşlı hücumçunun heç vaxt Paris təmsilçisindən ayrılmayacağını demişdi.