Kuyt'un yeni imici hər kəsi şoka saldı - FOTOLAR

  • 18 İyul 2021 22:40
  • 51

Niderland milli komandasının sabiq futbolçusu Dirk Kuyt etdirdiyi estetik əməliyyatlarla hər kəsi təəccübləndirib.

Corner.az xəbər verir ki, bir neçə ay əvvəl qatıldığı televiziya verilişində yeni görünüşü ilə fanatlarını şoka salan “Liverpul” və “Fənərbaxça”nın sabiq futbolçusu ən son göz qapaqlarını əməliyyat etdirib.

 40 yaşlı əfsanə futbolçu göz qapaqlarını məcburi olaraq əməliyyat etdirdiyini bildirib: "Yorğun olduğum zaman görmə problemi yaşayırdım, bu əməliyyatı məcbur etdirməli oldum. Saçlarımı da fərqli bir şəkildə etdiyim üçün imicim biraz dəyişdi" 

Qeyd edək ki, D.Kuyt, hazırda Feyenoord-U19 komandasını çalışdırır.