Qurbanlı Moldovada növbəti matçına çıxdı

  • 19 İyul 2021 00:07
  • 28

Azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlı futbol üzrə Moldova çempionatında növbəti matçına çıxıb.

Corner.az xəbər verir ki, onun formasını geyindiyi “Dinamo-Avto” ölkə çempionatının 2-ci turu çərçivəsində doğma meydanda “Sfintul George” ilə üz-üzə gəlib.
 
Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2. Qurbanlı da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib.
 
“Dinamo-Avto” 2 turdan sonra 1 xalla 8 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb