Portuqaliya klubu Edqar Davids'lə yollarını ayırdı

  • 20 İyul 2021 12:20
  • 41

Portuqaliyanın “Olhanense” klubunda baş məşqçi Edqar Davidslə yollar ayrılıb.

 Corner.az xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb. Davidsin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Davids bu ilin yanvarından “Olhanense”ni çalışdırırdı. Komanda onun rəhbərliyi ilə 3-cü divizionda ötən mövsümü 3-cü sırada bitirib.