Əfsanələr El Klasiko'sunun qalibi - Real + VİDEO

  • 21 İyul 2021 14:32
  • 67

İspaniyanın “Real” və “Barselona” komandalarının əfsanələri xeyriyyə matçında üz-üzə gəliblər.

Corner.az xəbər verir ki, İsrailin Təl-Əviv şəhərində keçirilən “el klasiko” “Real”ın 3:2 hesablı qələbəsiylə yekunlaşıb. Madrid komandasının heyətində Alfonso Peres, Munitis və Ruben de la Red fərqlənib. “Barselona”nın qollarına isə Ronaldinyo və Jofre Mateu vurub.