Kamerunlu futbolçu Arsenal və Barcelona'nın hədəfində

  • 2 Mart 2019 10:39
  • 195

Ajax'ın qapıçısı Andre Onana Avropanın nəhəng klublarının maraq dairəsinədüşüb.

Corner.az xəbər verir ki, 22 yaşlı qapıçıyla Arsenal, Tottenham və Barcelona klubları yaxından maraqlanır. Bu barədə Hollandiya mətbuatı məlumat yayıb.Onananın meneceri Albert Botin də Kataloniya təmsilçisinin futbolçuya marağının olduğunu təsdiqləyib.

Qeyd edək ki, gənc qapıçı bu mövsüm Hollandiya klubunda 22 matça çıxıb, 22 qol buraxıb, 14 matçda isə qapısını toxunulmaz saxlayıb.