UEFA superkuboku matçına buraxılacaq azarkeş sayı açıqlandı

  • 31 İyul 2021 12:53
  • 67

İngiltərənin “Çelsi” və İspaniyanın “Vilyarreal” komandaları arasında keçiriləcək UEFA superkuboku görüşünə buraxılacaq azarkeş sayı açıqlanıb.

Corner.az UEFA-nın saytına istinadən xəbər verir ki, avqustun 11-də, Şimali İrlandiyanın Belfast şəhərində keçiriləcək matça maksimum 13 min azarkeş buraxılacaq.

Xatırladaq ki, avqustun 11-də keçiriləcək “Çelsi” – “Vilyarreal” matçı saat 23:00-da başlayacaq.